İngiltərəİtaliya

86 milyon tələb etdilər

“Mançester Yunayted” “Atalanta”nın hücumçusu Rasmus Hoylund ilə maraqlanır

Aut.az xəbər verir ki, klub maliyyə feyr-pleyini qorumaq üçün indi Harri Keyni deyil, danimarkalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Bununla belə, “qırmızı şeytanlar”ın ilk cəhdi uğursuz olub. İtaliya təmsilçisi Rasmus üçün 86 milyon funt-sterlinq istəyib. “Yunayted” isə 40 milyon funt-sterlinq və Meyson Qrinvudu təklif edib.

“Mankuniyanla”r Hoylunda alternativ olaraq Frankfurt “Ayntraxt”ından Randal Kolo Muanini nəzərdən keçirirlər.