İngiltərə

Varlılar daha da varlanacaq: Premyer Liqada yeni qayda

2025/2026 mövsümündən etibarən Premyer Liqada pul mükafatlarının klublar arasında bölüşdürülməsi prinsipi dəyişəcək.

Aut.az xəbər verir ki, yeni bölgü çempionatın top-klublarına sərf edəcək.

2022/2023 mövsümündə çempion olan “Mançester Siti” ümumilikdə 161,3 milyon funt-sterlinq, sonuncu komanda “Sauthempton” isə 100,3 milyon funt-sterlinq qazanıb.

2025/2026 mövsümündən etibarən ilk və sonuncu klub arasındakı nisbət 1,6-1 nisbətindən 1,8-1 nisbətinə yüksələcək. Bu da ilk növbədə böyük klubların gəlirlərini artıracaq.

Aut.az