İngiltərə

Qvardiola: Son 8 ildə heç vaxt belə vəziyyətə düşməmişdik

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının Premyer Liqanın 12-ci turunda “Tottenhem”lə oyunda (0:4) məğlubiyyətini şərh edib.

Aut.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu sözləri deyib:

“Biz müdafiədə zəifik. Qarşılaşmaya həmişəki kimi çox yaxşı başladıq, amma qol vura bilmədik Sonra da qol buraxdıq.

Son 8 ildə biz heç vaxt belə vəziyyətə düşməmişik. İndi biz bunun öhdəsindən gəlməli və növbəti oyunlarda vəziyyəti dəyişməliyik.

Oyunçular çətinlik çəkirlər? Əlbəttə. Qalib gələndə sevinirik, məğlub olanda narahat oluruq. Bu yaxşıdır. Əgər onlar və ya mən narahat olmasaydıq, problem olardı. Biz bu vəziyyətə öyrəşməmişik, amma həyat belədir. Bəzən bu baş verir və biz bunu qəbul etməliyik”.

Aut.az