“Siti” Gündoğanın qayıtdığını rəsmən açıqladı
“Mançester Siti” 33 yaşlı alman yarımmüdafiəçi İlkay Gündoğanın geri döndüyünü rəsmən açıqlayıb.
Aut.az xəbər verir ki, futbolçu ilə 2025-ci ilin yayına kimi müqavilə imzalanıb.
İlkay Gündoğan 2023-cü ilin yayında “Mançester Siti”dən “Barselona”ya keçib və 2023/2024 mövsümündə “Blaugrana”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə edib.
“Bohum”un yetriməsi olan İlkay peşəkar karyerasının əvvəlində “Nürnberq” və Dortmund “Borussiya”sı kimi komandalarda çıxış edib. Almaniya millisinin heyətində yarımmüdafiəçi Avro-2012-nin bürünc medalını qazanıb. Gündoğan “Mançester Siti”nin heyətində 304 oyun keçirib, 60 qol vurub və 38 məhsuldar ötürmə edib.
Aut.az
