İngiltərə

Nə ABŞ, nə də Səudiyyə Ərəbistanı: Salah hara gedəcək?

“Liverpul” Məhəmməd Salahın mövsümün sonunda klubdan ayrılacağını açıqladı.

Aut.az xəbər verir ki, misirli agent Ayhab Raqal məsələ ilə bağlı “Euro-Football.ru” onlayn nəşrinə şərh verib.

“Salah əla oyunçudur. O, hələ də ən yüksək səviyyədə oynaya bilir. Almaniya, İspaniya – amma parlaq oynadığı İtaliya onun üçün ən uyğun yer olardı. Əgər maraqlanırlarsa, bəlkə də PSJ. Düşünmürəm ki, o, Səudiyyə Ərəbistanına və ya ABŞ-a gedəcək. Düşünürəm ki, o, Avropada olacaq”.

Aut.az