“Siti”nin ulduzu tənqdilərə bu FOTOLARLA cavab verdi
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden sosial şəbəkədə özünə qarşı tənqidlərin artması fonunda bir neçə paylaşım edib.
Aut.az xəbər verir ki, öncə Foden aşağıdakı mətni dərc edib: “Çətin bir neçə həftə oldu. Təbii ki, istədiyimiz yerdə deyilik. Amma biz birlikdə çalışacağıq və mübarizəmizi davam etdirəcəyik. Çərşənbə günü yenidən meydanda olacağıq”.
Çərşənbə axşamı 24 yaşlı ingilis, ictimai qınaqlara cavab olaraq, Peşəkar Futbol Assosiasiyasının oyunçularına görə İngiltərədə “İlin Oyunçusu” mükafatı ilə bir fotoşəkil, eləcə də qazandığı kubokların şəklini yerləşdirib.
Cari İngiltərə çempionatında Foden 10 matçda 1 məhsuldar ötürmə edib. “Mançester Siti” Premyer Liqada keçirdiyi son 4 matçda məğlub olub və çərşənbə günü Premyer Liqanın 14-cü turunda “Nottingem Forest”lə qarşılaşacaq.
Aut.az

