“Real” Premyer Liqada Arnolda əvəzləyici tapdı
“Real” heyətinə qatmaq istədiyi “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnolda əvəzləyici tapıb.
Aut.az xəbər verir ki, söhbət “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalotdan gedir. Bu barədə “Mail Sport” məlumat yayıb.
25 yaşlı portuqaliyalı 41 milyon funt-sterlinqə Madrid klubuna qoşula bilər. Müdafiəçinin çıxışı “Los Blankos” rəhbərliyini heyran edir və Trent-in “qırmızılar”la müqaviləsini uzatmaq ehtimalını nəzərə alsaq, Dioqonun transfer variantı kifayət qədər realdır.
Bu mövsüm Dalot klub səviyyəsində bütün turnirlərdə 21 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Aut.az
