Fati La Liqaya qayıdır – “Barselona” deyil
“Barselona”nın 21 yaşlı hücumçusu Ansu Fati ” Sevilya”ya keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Toni Xuanmarti “X” sosial şəbəkəsində yazıb.
Mənbənin məlumatına görə, “qırmızı-ağlar” gənc ispaniyalını Kataloniya klubundan icarəyə götürmək istəyir. Fatinin transferində şəxsən “Sevilya”nın yeni baş məşqçisi Qarsiya Pimienta maraqlıdır.
Xatırladaq ki, ötən mövsüm ispaniyalı “Brayton”da 30 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib. 2023-cü ilin sentyabrında ispaniyalı icarə əsasında “Barselona”dan “Braytona” keçib.
Transfermarkt internet portalının məlumatına görə, hücumçunun təxmini dəyəri 25 milyon avrodur.
Aut.az
