Onunla danışıqları dayandırdılar – Səbəb?
İngiltərənin “Tottenhem” klubu Yulian Naqelsmannla danışıqları dayandırıb.
Aut.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano “Twitter” səhifəsində məlumat verib. Mənbənin sözlərinə görə, Naqelsmann “Tottenhem”ə rəhbərlik variantını yalnız ideyalarını tam bölüşən yeni idman direktoru təyin ediləcəyi təqdirdə nəzərdən keçirməyə hazırdır. Bu variant London klubunun rəhbərliyinin xoşuna gəlməyib.
Ona görə də, rəhbərlik 35 yaşlı alman mütəxəssisi artıq komandaya baş məşqçi təyin etməyi düşünmür.
Aut.az
