İngiltərəSeçmə

Hələ belə çempionluq hədiyyəsi olmayıb: Veqas, içkilər, qızlar və… – FOTOLAR

Hollivud ulduzu Ryan Reynoldsun sahibi olduğu “Rekshem” klubu Premyer Liqaya doğru addım-addım irəliləməyə davam edir. Artıq Uels təmsilçisi Britaniya futbolunun ən populyar klubuna çevrilməyə başlayıb. Çünki son günlərdə hamı “əjadahalar”dan danışır.

Aprelin sonunda İngiltərə Milli Liqasında çempion olan “Rekshem” 2-ci liqaya yüksəlməyi bacarıb. Ötən həftə isə komanda doğma azarkeşləri önünüdə çempionluq kubokuna qovuşub. Doğma arenada – “Reyskros Qraund”da əsl bayam yaşanıb.

Hollivudun qanunlarına görə, Reynolds futbolçularına Veqasda bir neçə günlük ziyafət verib. Hətta İngiltərə futbolunda qonaqlıqların adamı hesab edilən Cek Qrilişin (“Mançester Siti”nin futbolçusu) belə xəyalına gətirə bilməyəcəyi ziyafət “Rekshem”li futbolçulara verilib. Necə?

Hələ belə çempionluq hədiyyəsi olmayıb: Veqas, içkilər, qızlar və... - FOTOLAR

Hər şey klubun çempionluq paradı ilə başlayıb. Komanda Britaniya futbolundakı ənənə üzrə ikimərtəbəli avtobusa minib 40.000 azarkeşlə çempionluğu bayram edib. Bundan sonra oyunçular heç nə olamamış kimi evlərinə gediblər. Onlar yatmağa hazırlaşarkən Reynolds və klubun direktoru Rob MakElhenneydən gözlənilməz mesaj alıblar. “Ryan və Rob bizə bank kartlarımızı evdə qoymağımızı istədi. Hər şeyi ödəyəcəklərini bildirdilər. Bizə qonaqlığın planını göndərdilər. İnanılmazdır! Biz Veqasa gedirik!”, – deyə “Reksem”in futbolçu Pol Mallin bildirib.

Hücumçu sözlərinə belə davam edib: “Düzünü desəm, səfərlə bağlı şübhələrim var. Qorxuram ki, sağ qayıda bilməyəcəm. Amma mən özüm heç vaxt Veqasa getməzdim, ona görə də onu səbirsizliklə gözləyirəm!”

Hələ belə çempionluq hədiyyəsi olmayıb: Veqas, içkilər, qızlar və... - FOTOLAR

ABŞ-a çatan kimi futbolçuları dərhal ən dəbdəbəli restorana aparılıb. Orada ən ucuz masa 148 dollara başa gələ bilər. Orada komanda “isti” ofisiantlar tərəfindən şampanlarla qarşılanıblar. İçkidən sonra futbolçular məşhur DJ Stiv Aokinin trekləri ilə rəqs meydançasından məharətlərini göstəriblər.

Hələ belə çempionluq hədiyyəsi olmayıb: Veqas, içkilər, qızlar və... - FOTOLAR

Hələ belə çempionluq hədiyyəsi olmayıb: Veqas, içkilər, qızlar və... - FOTOLAR

Ertəsi gün “Rekshem”in qəhrəmanaları xüsusi hovuzu olan bir klubda əyləniblər. Orada oyunçular üzüb, günəş vannası qəbul edib, içki içib, siqaret belə çəkiblər. Təbii ki, bikinili dəbdəbəli gözəllərlə vaxt keçiriblər. Çempionlar axşam gecə klubuna yollanıblar. Veqasdakı qəribə əyləncənin qalan günləri təxminən bu rejimdə keçib.

Hələ belə çempionluq hədiyyəsi olmayıb: Veqas, içkilər, qızlar və... - FOTOLAR

Hələ belə çempionluq hədiyyəsi olmayıb: Veqas, içkilər, qızlar və... - FOTOLAR

Hələ belə çempionluq hədiyyəsi olmayıb: Veqas, içkilər, qızlar və... - FOTOLAR

Dəliliyin üçüncü günündə klub sahibi Ryan Reynolds futbolçuların sağlamlığından narahat olmağa başlayıb. Buna görə də onların yaxşı olduğuna əmin olmaq üçün Veqasa qayıdıb. Plana görə, ziyafət dörd gün davam etməli idi. Ancaq indiyədək klubun heç bir nümayəndəsi də bunu dilə gətirməyib. Buna görə də futbolçuların harada olduqları məlum deyil. Ya dəli əyləncə hələ də davam edir, ya da futbolçular kütləvi şəkildə müalicə olunurlar.

Heybət