Tennis

Alkarasın Avstraliyada qazancı nə qədər oldu?

Dünya reytinqinin bir nömrəsi olan ispaniyalı tennisçi Karlos Alkaras 2026-cı il Avstraliya Açıq çempionatında qələbəsinə görə 2,89 milyon dollar qazanıb.

Aut.az xəbər verir ki, də titul uğrunda keçirilən final görüşündə o, “Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi, Serbiya təmsilçisi Novak Cokoviçi məğlub edib. Qarşılaşma 2:6, 6:2, 6:3, 7:5 hesabı ilə Alkarasın xeyrinə başa çatıb.

Qeyd edək ki, Cokoviç Melburndakı çıxışına görə 1,5 milyon dollar əldə edəcək.

Avstraliya Açıq çempionatı — 2026-da qazandığı bu qələbə Alkaras üçün karyerasında yeddinci “Böyük dəbilqə” titulu olub. Karlos Alkaras tarixdə karyera “Şlemi”ni qazanan ən gənc tennisçi kimi də adını tarixə yazdırıb. O, bu nailiyyətə 22 yaş 272 günlük olarkən imza atıb. Əvvəlki rekord təxminən 88 il idi ki, mövcud idi. Don Badj 1938-ci ildə “Rolan Qarros”u qazandıqdan sonra bu göstəriciyə sahib olmuşdu.

Aut.az