Cokoviçdən daha bir rekord
Serbiyalı tennisçi Novak Cokoviç 18-ci dəfə Monte Karloda keçirilən ATP-1000 turnirin fərdi yarışında çıxış edəcək.
Aut.az xəbər verir ki, bu yarış üçün ən yüksək göstəricidir. Bu barədə “Opta Ace” məlumat yayıb.
Sözügedən turnir aprelin 6-dan 13-dək keçiriləcək. Hazırkı çempionu yunanıstanlı Stefanos Tsitsipasdır.
Qeyd edək ki, Cokoviç son olaraq Mayamidə keçirilən yarışın finalında 19 yaşlı çexiyalı Yakub Mensikə uduzub.
Aut.az
