“Başlanğıcı bəyənmədinizsə, rejissorla əlaqə saxlayın”
Dünyanın bir nömrəli tennisçi Novak Cokoviç maraqlı açıqlama verib.
Aut.az xəbər veri ki, dünya tennis turunu realiti-şou ilə müqayisəsini şərh edib.
“Növbəti ATP mövsümünün qəhrəmanı olduğum üçün şadam. Gözəl aktyor heyəti var. Onlardan biri olmaqdan çox qürur duyuram. Tipik olaraq, yazıçılar mövsümə mənim xarakterimin Avstraliya Açıq Çempionatında qalib gəlməsi ilə başlayırlar. Ona görə də bu mövsümün başlanğıcını bəyənmədinizsə, lütfən, rejissorla əlaqə saxlayın”.
Xatırladaq ki, Cokoviç “Australian Open 2024”də titulunu qoruya bilməyib. O, yarımfinalda gələcək çempion Yannik Sinnerə uduzub.
