“Liverpul” finalda!
İngiltərə liqa kubokunda sonuncu finalçı müəyyənləşib.
Aut.az xəbər verir ki, bu gün yarımfinalın sonuncu cavab görüşü keçirilib.
“Liverpul” doğma meydanda qarşılaşdığı “Tottenhem”lə oyunda darmadağına sevinib. İlk oyunda buraxdığı tək qola 4 qolla cavab verən “qırmızılar” finala yüksəliblər.
Beləliklə, martın 16-da keçiriləcək final matçında “Nyukasl”ın rəqibi “Liverpul” olacaq.
İngiltərə liqa kuboku
Yarımfinalın cavab oyunları
5 fevral
Nyukasl – Arsenal 2:0 (ilk oyun 2:0)
Qollar: Mörfi, 19. Qordon, 52.
6 fevral
Liverpul – Tottenhem 4:0 (0:1)
Qollar: Qakpo, 34. Salah, 51-pen. Soboslai, 75. Van Deyk, 80.
