İngiltərə

Xəbərdarlıq: Siyasətdən uzaq olun

İngiltərə Premyer Liqası (APL) və İngiltərə Futbol Liqası (AFL) ölkə çempionatlarının qarşıdan gələn oyunlarında İsrail və Fələstin bayraqlarının nümayişini qadağan edib.

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, Premyer Liqa rəhbərliyi təhlükəsizlik nümayəndələri və klublarla məsləhətləşmələr apararaq belə qərar verib. Məqsəd siyasi zəmində mümkün münaqişələrin qarşısını almaqdır. Funksionerlər futbolun siyasiləşməsinin əleyhinə olduğunu bildiriblər.

Bununla belə, futbolçular, texniki heyət və klub rəsmiləri oyunlara qara sarğıyla çıxacaqlar. Eyni zamanda hər bir stadionda münaqişə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.