“Yunayted” Osimhenlə maaş məsələsini razılaşdırdı
“Mançester Yunayted” Viktor Osimhenlə maaşı ilə bağlı razılığa gəlib.
Mankunianlıların yayda hücumçunun transferini nəzərdən keçirdiyi barədə daha əvvəl məlumat verilmişdi.
Aut.az xəbər verir ki, “Tuttosport”un məlumatına görə, Mançester klubu futbolçunun ətrafı ilə maaşla bağlı razılığa gəlib. Osimheni əldə etmək üçün 75 milyon avroluq satınalma məbləğini ödəmək lazım gələcək.
“Napoli”yə məxsus olan nigeriyalı icarə əsasında bu mövsüm “Qalatasaray”da çıxış edir. O, 25 matçda 21 qol vurub, 4 məhsuldar ötürmə edib.
Aut.az
