Danimarka yığmasında yeni baş məşqçi
Danimarka Futbol Federasiyası milli komandanın yeni baş məşqçisi Brayan Rimerin təyinatını açıqlayıb.
Aut.az xəbər verir ki, yığma dörd ay idi ki, məşqçisiz qalmışdı.
Mətbuat xidmətinin məlumatına görə, tərəflər arasında iki il müddətinə – 2026-cı il dünya çempionatının sonuna qədər müqavilə imzalanıb. Futbol İttifaqı müqavilənin qalan şərtlərini açıqlamır.
Yeri gəlmişkən, Brayan əvvəllər “Anderlext”də çalışıb, həmçinin “Brentford” və “Kopenhagen”də də işləyib.
Danimarkanın son oyunu Millətlər Liqasında İsveçrə ilə məhsuldar heç-heçə (2:2) ilə yekunlaşıb. Danimarkalılar turnir cədvəlində ikinci yeri tuturlar (7 xal).
Aut.az
