İngiltərə

Qvardiola onu şərabla müqayisə etdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın gənc yarımmüdafiəçisi Fil Fodenin bu mövsüm göstərdiyi çıxış barədə fikirlərini bölüşüb.

Aut.az xəbər verirk i, 54 yaşlı mütəxəssis hesab edir ki, futbolçu ildən-ilə daha yetkin və keyfiyyətli oyunçuya çevrilir.

“Artıq o, daha yetkindir. Ondan yalnız tempini düzgün istifadə etməyi istəyirəm. Vaxt məsələsi idi, o, bacarıqlarını təkmilləşdirəcəkdi və bunu özü də dərk etdi. Bilirsiniz, hər zaman partlayış effekti yaratmaq mümkün deyil. Bəzən sadəcə irəliləmək lazımdır, bir ötürmə, iki toxunuş, daha bir ötürmə və həmin anda parlaq oyun nümayiş etdirmək. Addım-addım o, daha da yaxşı olacaq. Foden yaxşı şərab kimidir, zaman keçdikcə daha da dəyər qazanacaq”.

Cari mövsümdə Fil Foden klub səviyyəsində 9 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Aut.az