İngiltərə

MY-nin dəhşətli statistikası: Top-5-də yalnız bir komandanı üstələyir

Avqustun 24-də Premyer Liqanın 2-ci turunda “Fulhem” “Mançester Yunayted”i qəbul edib.

Aut.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın ilk hissəsində hesab açılmayıb (0:0).

“Mançester Yunayted” ötən mövsümün (2024/25) startından bəri 29 liqa oyununun ilk yarısında qol vura bilməyib.

“Opta”-nın məlumatına görə, Avropanın ən yaxşı beş liqasında (Pemyer Liqa, La Liqa, Bundesliqa, Serie A, Liqa 1) ötən mövsümün əvvəlindən bəri birinci hissədə “Yunayted”dən daha az qol vuran cəmi bir komanda var. Bu, 30 matçda qol vurmadan fasiləyə yollanan “Genoa”dır.

Aut.az