“Real” Premyer Liqa klubunun super ulduzunu hədəfə aldı
“Real” “Tottenhem”in cənubi koreyalı hücumçusu Son Hın-Min ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes.net” məlumat yayıb.
32 yaşlı ulduz futbolçunun Premyer Liqa klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. “Los Blankos”u onu azad agent kimi almaq fürsətini cəlbedici variant hesab edir.
2024/25 mövsümündə Son Him-Min klub səviyyəsində 15 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Aut.az
