Dünya futboluİspaniya

Bu vunderkind 1 milyarddan aşağı satılmayacaq

“Barselona” və “Atletiko Panarense” 18 yaşlı braziliyalı hücumçu Vitor Rokenin transferi ilə bağlı razılığa gəlib.

Aut.az xəbər verir ki, vunderkind “Barsa” ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayacaq.

Müqavilə iyulun 3-ə qədər elan edilməlidir. Bu barədə jurnalist Rocer Torello “Tvitter” hesabında məlumat verib.

Mənbəyə görə, Roke üçün sərbəstqalma məbləği 916 milyon avro (təxminən 1 milyard dollar) təşkil edəcək. “Barselona” yayın sonuna qədər Rokenin keçidini La Liqada qeydiyyata aldıra bilməsə, o, 6 ay müddətinə “Atletiko Panarense” icarəyə göndəriləcək.

Aut.az