Müqavilə imzaladı – Detallar
Kərim Benzema “Əl-İttihad”la anlaşıb.
Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Fransalı futbolçu Səudiyyə Ərəbistanı klubuna transfer olunmaq üçün bütün əsas sənədlərə artıq imza atıb. 35 yaşlı forvardın müqaviləsi 2+1 illik olacaq.
Onun yeni klubunda illik 200 milyon avro qazanacağı bildirilir
Benzema sabah – iyunun 6-da 14 ilini keçirdiyi “Real”da azarkeşlərlə vidalaşdıqdan sonra Səudiyyə Ərəbistanına gedəcək.
