Dünya futbolu

Lunyev “Dinamo”ya keçidini şərh etdi: Hamı gözəl bilir ki…

Moskva “Dinamo”suna keçən “Qarabağ”ın sabiq qapıçı Andrey Lunyev qərarını şərh edib.

– Həmişə güclü qapıçıları ilə məşhur olan kluba keçmək hansı xüsusi hisslər yaradır?

– Əfsanəvi qapıçının əfsanəvi klubunda oynayacağım üçün çox şadam. Emosiyalar ən müsbətdir. Hamı gözəl bilir ki, bu, dünya futbolunun əfsanəsi olan böyük Lev Yaşinin klubudur. Və təbii ki, burada məsuliyyət dərəcəsi digər komandalarla müqayisədə daha yüksəkdir. Meydançaya çıxmaq, ən yaxşı keyfiyyətlərini göstərmək, daha da inkişaf etmək, nəticə vermək və öz oyununla azarkeşləri sevindirmək lazımdır.

-Novoqorskdakı bazaya baş çəkməndən sonra hansı təəssürat formalaşdı?

-Mən artıq iki dəfə milli komanda ilə orada olmuşam, lakin yalnız paltardəyişmə otağında, idman zalında və futbol meydançasında. Dünən daha çox gördüm. Baza sadəcə əladır.  Futbolçulara bu qədər qayğı göstərən, onlara yüksək keyfiyyətli iş şəraiti yaradanlara ancaq öz hörmətimi bildirə bilərəm.

Andrey Lunyevin müqaviləsi 2026-cı ilin yayına qədərdir və müqavilənin daha bir il uzadılması variantını ehtiva edir.

Aut.az