Konfrans Liqası

Konfrans Liqası: Bu gün “Sabah” və “Sumqayıt”ın rəqibləri bilinəcək

Bu gün Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Sabah” və “Sumqayıt” klublarının rəqibləri məlum olacaq.

Aut.az xəbər verir ki, 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizin rəqibləri İsveçrənin Nyon şəhərində keçiriləcək püşk nəticəsində müəyyənləşəcək.

Tədbir saat 16:00-da başlayacaq.

UEFA-nın təlimatına əsasən, Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üzə gələ bilməz.