Konfrans Liqasıİngiltərə

“Çelsi”nin futbolçusu boş qapıya qol vura bilmədi – VİDEO

UEFA Konfrans Liqasının seçmə final mərhələsinin ilk oyunu çərçivəsində “Çelsi” “Servet”i qəbul edib.

Aut.az xəbər verir ki, matçın 52-ci dəqiqəsində “mavilər”in yeni transferi Mark Qiu rəqibin boş qapısını dəqiq nişan ala bilməyib.

İspaniyalı futbolçu “Servet”in qapıçısı Ceremi Frikdən topu oğurlaya bilsə də, ancaq real qol fürsətini əldən verib. Frik 2 cəhddə topu dəf etməklə günahını yuyub.

Aut.az