Azərbaycan futbolu

“Neftçi” onu saxladı – İki illik müqavilə

Yeni mövsümün hazırlıqlarına başlayan “Neftçi” müqavilə müddəti başa çatan futbolçulardan biri ilə yeni sözləşmə imzalayıb.

Aut.az xəbər verir ki, söhbət xorvatiyalı qolkiper İvan Brkiçdən gedir. 27 yaşlı xorvatiyalı ilə 2 illik anlaşma imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarından “Neftçi”də çıxış edən Brkiç bu müddətdə 37-si çempionat, 9-u kubok, 4-ü avrokubok olmaqla 50 rəsmi matçda qapını qoruyub.

 

"Neftçi" onu saxladı - İki illik müqavilə