Ona “Barsa”da vəzifə verdilər
“Barselona”nın sabiq hücumçusu Bojan Krkiç klubun strukturunda futbol koordinatoru olub.
Aut.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilir ki, Boyanın əsas vəzifəsi gənclərin futbol şöbəsinin müdiri Alesanko ilə birlikdə klubun akademiyasında gənclərə nəzarət etmək olacaq.
Daha əvvəl mətbuatda Krkiçin digər klublarda icarə əsasında çıxış edən gənc “Barselona” oyunçularını izləyəcəyi, həmçinin onların əsas komandaya transferinə cavabdeh olacağı bildirilirdi.
Xatırladaq ki, Krkiç bundan əvvəl Yohan Kroyff İnstitutunda idman menecmenti üzrə magistr dərəcəsi alıb. Bundan sonra “Barselona”nın prezidenti Joan Laporta üç qitədə və yeddi ölkədə oynamış Boyanın zəngin həyat təcrübəsinin komandaya faydalı ola biləcəyini açıqlayıb.
Aut.az
