İngiltərə

Qvardiola “Siti”nin gələcək baş məşqçisinin adını açıqladı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “şəhərlilər”in gələcək çalışdırıcısının adını açıqlayıb.

Aut.az xəbər verir ki, jurnalist Fabritsio Romano Qvardiolanın sözlərindən sitat gətirib.

“Vinsent Kompani “Mançester Siti”nin gələcək baş məşqçisi olacaq, sözlərimi yada saxlayın.

Bəli, bu mütləq baş verəcək. Bu baş verəndə sən mənə zəng edirsən”, – Qvardiola deyib.

Daha əvvəl Kompaninin “Bavariya”ya rəhbərlik edəcəyi bildirilirdi. Tərəflər şifahi razılığa gəliblər.

Aut.az