İngiltərə

Daha bir ulduz “Siti”ni tərk edəcək?

“Mançester Siti”nin yarımmüdafiəçisi Ticani Reynders yay transfer pəncərəsi zamanı komandanı tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Lakin ayrılığın detalları açıqlanmayıb.

27 yaşlı niderlandlı futbolçu 2025-ci ildən “Mançester Siti”də çıxış edir. Onun müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Reynders “şəhərlilər”in heyətində 50 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az