İngiltərə

Terri Abramoviçdən danışdı: Onunla baş verənlər iyrənc idi

 “Çelsi”nin sabiq kapitanı Con Terri klubun sabiq sahibi, rusiyalı Roman Abramoviç haqqında fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, o, iş adamının Rusiya-Ukrayna müharibəsi səbəbindən klubu satmağa məcbur olmasını şərh edib:

“Onunla baş verənlər iyrənc idi. O, pandemiya dövründə milli səhiyyə xidməti üçün inanılmaz işlər gördü. “Stemford Bridc”i tibb işçiləri üçün açdı. O, çətin zamanda insanlara sığınacaq verdi. Sadəcə olaraq möhtəşəm bir insan idi, klubumuzu sevirdi və xoşbəxtlikdən başqa bir klubdan (‘Tottenhem’dən) imtina edib düzgün qərar verərək bizə qoşuldu”.

Abramoviç 2003–2022-ci illər ərzində “Çelsi”yə sahiblik edib və bu müddətdə klubla birlikdə iki Çempionlar Liqası daxil olmaqla 19 kubok qazanıb. Daha sonra o, klubu amerikalı milyarder Todd Bouli başçılıq etdiyi konsorsiuma satmalı olub.

Aut.az