İspaniyaİngiltərə

“Liverpul” bu qiyməti oxudu: “Real” geri çəkiləcək?

“Real Madrid” “Liverpul”un 26 yaşlı yarımmüdafiəçisi Aleksis Mak Allisterlə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 100 milyon avroluq təklif alınarsa, mersisaydlılar argentinalı futbolçunu buraxmağa hazırdır. Vurğulanır ki, “kral klubu” Mak Allisterin oyun keyfiyyətlərini yüksək qiymətləndirir, lakin göstərilən məbləği çox yüksək hesab edir.

Aleksis bu mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

Aut.az