İngiltərə

Orta hesabla 258 gün

Orta hesabla bir məşqçi “Çelsi”nin sahibi Todd Bolin rəhbərliyi altında 258 gün işləyir.

Aut.az xəbər verir ki, bu hesablamanı “Sky Sports” nəşri aparıb.

Bu, Roman Abramoviçin rəhbərliyi altında məşqçinin orta iş stajının yarısı qədərdir. Rusiyalı iş adamının rəhbərliyi altında “Çelsi” məşqçisinin orta iş stajı təxminən 529 gün olub. Xatırladaq ki, Boli 2022-ci ildən bəri “Çelsi”yə rəhbərlik edir və “mavilər” onun rəhbərliyi altında artıq beş məşqçi dəyişib – Tomas Tuxel, Qrem Potter, Maurisio Poçettino, Entso Mareska və Liam Rosenior.

Sonuncu, cəmi 108 gün işlədikdən sonra – 22 apreldə vəzifəsindən azad edilib.

Aut.az