İngiltərə

16 yaşında İngiltərə nəhənginə transfer olundu

“Tottenhem” “Hayduk Split”də çıxış edən 16 yaşlı müdafiəçi Luka Vuşkoviçin transferini tamamlayıb.

Aut.az xəbər verir ki, o, 2025-ci ildə, yəni 18 yaşı tamam olanda hotspurluların düşərgəsinə qoşulacaq.  Bu barədə klubunun rəsmi saytı məlumat yayıb.

Vuşkoviçlə 2030-cu ilin yayına qədər müddətə nəzərdə tutulan müqavilə imzalanıb. O, “mahmızlar”a 12 milyon funt-sterlinqə başa gəlib.

Mərkəz müdafiəçisi Xorvatiyanın yüksək liqasında çıxış edən ən gənc oyunçu kimi tarixə düşüb. Daha sonra o, 16 yaşının tamam olmasından cəmi 5 gün sonra “Hayduk”un ən gənc qolçusu olub. O vaxtdan bəri gənc istedad bütün yarışlarda 11 oyuna çıxıb və komandanın ötən mövsüm Xorvatiya kubokunu qazanmasına kömək edib.

Vuşkoviçin “Mançester Siti” də daxil olmaqla bir neçə Premyer Liqa klubunun hədəfində olub. Onunla hətta Fransa çempionu PSJ də maraqlanıb.