İspaniya

Prezident açıladı: Mbappe hansı kluba keçəcək?

“Mbappe gələn mövsüm 80% La Liqada oynayacaq”.

Aut.az xəbər verir ki, bu sözləri İspaniya La Liqasının prezidenti Xavyer Tebas səsləndirib. 61 yaşlı futbol funksioneri PSJ-nin hücumçusunun da bu arzuda olduğunu bildirib:

“Bəli mən növbəti mövsüm Mbappeni La Liqada izləyəcəyimizə inanıram. Çünki o özü də burda olmağa həvəslidir. Düşünürəm ki, bizim çempionatımız Klianın dünya səviyyəli bir futbolçu olaraq qalması üçün ideal seçimdir”.

Qeyd edək ki, 24 yaşlı forvardın növbəti mövsümə Madrid “Real”ında başlayacağı iddia olunur.