İspaniya

Qırmızı telefon köşkü: “Barsa” Reşfordu belə təqdim  etdi – FOTO

Markus Reşford “Mançester Yunayted”dən “Barselona”ya icarə əsasında keçib.

Aut.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

İngilis futbolçu komandanın heyətində 14 nömrəli formanı geyinəcək.

Futbolçu qırmızı telefon köşkündə təqdim edilib. Belə köşklər Böyük Britaniyada və onun ərazilərində geniş yayılıb. Bir versiyaya görə, küçə köşklərinin qırmızı rəngi kral ailəsinin şərəfinə əsas rəng kimi seçilib.

Futbolçunun icarə müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir və satın alma opsiyasını ehtiva edir.

Markus Rashford “Mançester Yunayted” akademiyasının məzunudur, o, ötən mövsümün ikinci hissəsini “Aston Villa”da icarə əsasında oynayıb. Ötən klub mövsümündə 41 matçda 11 qol vuran futbolçu 9 məhsuldar ötürmə edib. Bundan əlavə, 2016-cı ildən Markus Reşford İngiltərə millisinin rənglərini qoruyur.

Aut.az

Qırmızı telefon köşkü: “Barsa” Reşfordu belə təqdim  etdi – FOTO