İspaniyaİtaliya

“Barsa” bu ulduzla bağlı məlumat istədi

“Barselona” klubu “Milan”ın hücumçusu Rafael Leaonun transferində maraqlıdır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat verib.

“Barsa” “Milan”ın hücumçusu Rafael Leao haqqında məlumat istəyib. Hələ ki, danışıqlar və ya rəsmi təkliflər yoxdur, amma maraq var.

Leaonun “Milan”la müqaviləsi 2028-ci ildə başa çatır. Onun illik məvacibi 7 milyon avrodur. Onun sərbəst qalma məbləği isə 175 milyon avrodur.

İtaliya çempionatının cari mövsümündə 25 yaşlı vinger 23 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun həmçinin Çempionlar Liqasında keçirdiyi 10 oyunda 3 qol və 2 məhsuldar ötürməsi var.

Aut.az