Onun müqaviləsi avtomatik uzadılacaq: Yeganə şərt budur
“Barselona”nın 36 yaşlı hücumçusu Robert Levandovskinin müqaviləsi, komandanın oyunlarının 50 faizində iştirak etmək şərti ilə avtomatik olaraq daha bir mövsüm uzadılacaq.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu polşalı futbolçunun 2026-cı ilin yayına qədər komandada qalacağına inanır.
Bu mövsüm 36 yaşlı Levandovski bütün yarışlarda 10 matçda iştirak edib və 9 qol vurub və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.
Aut.az
