Qalmaqal: Futbolçu mətbuat konfransı keçirilən otaqda fişəng partlatdı
Meksikanın “Qvadalaxara” klubunun yarımmüdafiəçisi Roberto Alvarado mətbuat mərkəzində fişəng partladıb.
Aut.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Hadisə mətbuat konfransı başlamazdan əvvəl otaqda baş verib. Partlayış zamanı orada jurnalistlər və klubun iki oyunçusu olub. Bildirilir ki, 26 yaşlı meksikalı komanda yoldaşları ilə zarafat etmək istəsə də, bunun nəticəsini hesablamayıb.
Hadisədən dərhal sonra yarımmüdafiəçi məsuliyyəti üzərinə götürüb və üzr istəyib.
Meksika Liqası kluba müraciət edərək istintaqın aparılmasını və hadisədə iştirak edən hər kəsin cəzalandırılmasını xahiş edib. Qeyd edək ki, qaydalara əsasən, liqanın oyunçulara qarşı sanksiya tətbiq etmək hüququ yoxdur.
Aut.az
