“Kayrat”ın sabiq baş məşqçisi öldü
“Kayrat”ın və “Ordabası”nın sabiq baş məşqçisi Kiril Keker 46 yaşında dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının (KFF) rəsmi saytında məlumat verilib. Onun son vəzifəsi Qazaxıstan gənclər yığması olub.
“Kiril Sergeyeviç karyerasını ölkə futbolunun inkişafına və gənc futbolçuların yetişdirilməsinə həsr etmiş təcrübəli və yüksək ixtisaslı mütəxəssis idi. O, oyunu dərindən dərk etməsi, gənc futbolçularla işləmək bacarığı və futbolçuların xarakterinin inkişafına və peşəkar yüksəlişinə töhfə verən yüksək standartları ilə diqqət çəkib”, – KFF-nin mətbuat xidməti yazıb.
Aut.az
