“Barsa” “El klasiko” üçün stadion axtarır
“Barselona” rəhbərliyi La Liqanın 35-ci turu çərçivəsində “Real”la mayda keçiirilməli olan “El Klasiko” üçün yeni variantlar tapıb.
Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Mənbənin sözlərinə görə, İspaniya futbolunun iki nəhəngi arasında oyun Sevilyadakı “La Kartuja”da (57,6 min) və ya “Jirona”nın “Munisipal de Montilivi” stadionunda (14,5 min) keçirilə bilər.
“Barsa” üçün başqa variant tutumuna görə (90 min tamaşaçıdan çox) Avropada “Kamp Nou”dan sonra ikinci yerdə olan İngiltərənin “Uembli” stadionudur.
“El Klasiko” üçün yeni stadion axtarışı onunla bağlıdır ki, Kataloniya klubu bu vaxta qədər “Kamp Nou”nun bərpasının başa çatacağına əmin deyil. Ona görə də rəhbərlik alternativ yer axtarmağa məcburdur.
Aut.az
