İspaniyaDünya futbolu

Çeferin günahı jurnalistlərdə gördü

UEFA prezidenti Aleksandr Çeferin qalmaqalla gündəmə gələn İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubialeslə barədə danışıb.

Aut.az xəbər verir ki, “köhnə qitə”nin ali futbol qurumunun rəhbəri ispaniyalı funksionerin hərəkətini cinayət deyil səhv olduğunu bildirib:

“Bir neçə dəfə danışdıq. Onun hərəkətləri yersiz və ağılsız idi. Mənim fikrim bu idi ki, istefa versə, İspaniya Kral Futbol Federasiyası üçün daha yaxşı olar. Məsləhətim nə qədər qəti idi, deyə bilmərəm. Rubialesin etdiyi özünün də dediyim kimi, yersiz və ağılsızlıq idi. Amma oxuyanda ki, bu cinayətdir… Bir cinayət vəkili kimi bu mənə tamamilə məntiqsiz görünür. Bu xəbəri bu səviyyəyə çatdıran siz jurnalistlər idiniz. İstənilən işdə qadın faktoru önəmlidir. Üç qızım, bir arvadım var, evdə az qala kişi kvotasına ehtiyacım var (gülür).

Qeyd edək ki, Rubiales qadınlar arasında dünya çempionatının finalından sonra futbolçulardan birini öpdükdən sonra qalmaqalla üzləşib. İspaniyada Rubialesin istefasını tələb ediblər, lakin o, könüllü olaraq bunu etməkdən imtina edib. FİFA onu 100 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırıb.

Heybət