Renat bu gün debüt edəcək? – Fotofakt
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov bu gün Türkiyə Super Liqada debüt edə bilər.
Aut.az xəbər verir ki, 24 yaşlı hücumçun yeni komandası “Hatayspor” 5-ci turda “Fatih Karagümrük” komandasının qonağı olacaq. Saat 21:00-da başlanacaq görüşdə Renatın debüt etmə ehtimalı yüksəkdir. Bunun səbəblərdən biri klubun sosial şəbəkə hesablarında paylaşılan posterlərdə 24 yaşlı forvardın yer almasıdır.
Qeyd edək ki, “Hatayspor” 4 oyundan sonra 6 xalla Türkiyə çempionatının 10-cusudur.

