Avropa LiqasıAzərbaycan futbolu

“Sabah”ın potensial rəqiblərinin sayı 4-ə düşdü

“Sabah” komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Aut.az xəbər verir ki, paytaxt təmsilçisinin mümkün rəqiblərinin sayı dördə düşüb. Bunlar “Şaxtyor” (Donetsk, Ukrayna), “Şerif” (Moldova), “Sele” (Sloveniya) və “Spartak”dır (Trnava, Slovakiya).

***

“Sabah”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Aut.az xəbər verir ki, raundun püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Səpələnməmişlər səbətində yer alan paytaxt təmsilçisinin 8 potensial rəqibi var.

Bunlar Hapoel” (Beer-Şeva, İsrail), “Şaxtyor” (Donetsk, Ukrayna), “Partizan” (Serbiya), “Legiya” (Polşa), ÇFR (Kluj, Rumıniya), “Spartak” (Trnava, Slovakiya), “Sele” (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır.

Qeyd edək ki, “Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.