Basketbol

Məşhur basketbolçuya ikinci dəfə xərçəng diaqnozu qoyuldu

Avroliqada çıxış edən İtaliyanın “Virtus Boloniya” klubunun  basketbolçusu Akille Polonara xərçəng diaqnozu qoyulub.

Aut.az xəbər verir ki, bu barədə İtaliya klubu öz saytında məlumat yayıb.

Mənbənin sözlərinə görə, 33 yaşlı basketbolçu son bir neçə həftə ərzində əlavə ixtisaslaşdırılmış tibbi müayinələrdən keçib və nəticədə miyeloid leykoz diaqnozu qoyulub.

Polonara hazırda Boloniyadakı “Sant’Orsola Malpighi” xəstəxanasındadır və burada artıq spesifik terapiyaya başlayıb.

“Bütün “Virtus Boloniya” ailəsi Akille və onun yaxınlarını dəstəkləyir və ona tezliklə sağalmasını arzulayır.

Aki, hamımız səninləyək, səni gözləyirik!”, – deyə klubun bəyanatında deyilir.

Qeyd edək ki, Polonara ötən mövsüm testis xərçəngi diaqnozu qoyulmuşdu. Həmin vaxt italiyalı forvard kimyaterapiyadan keçmişdi.

Aut.az