Azərbaycan futbolu

Azərbaycan İtaliyaya qalib gəldi

Minifutbol üzrə Azərbaycan milli komandası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti matçına çıxıb.

Aut.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv İtaliya ilə üz-üzə gəlib.

Çətin keçən görüşdə millimiz 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, millimiz dünən qrupdakı ilk görüşündə Belçikaya 3:0 qalib gəlib.

Qrupun digər görüşündə isə İtaliya Fransaya 1:3 uduzub.

İtaliya – Azərbaycan 1:2
Qollar: 
Vasçelo 18 – Rəvan Kərimov 19, Mirmehdi Rzayev 45