“Arsenal” onunla bağlı qərar verdi
“Arsenal” ispaniyalı qapıçı David Rayanın transferi hüququnu almaq qərarına gəlib.
Aut.az xəbər verir ki, 28 yaşlı qolkiper hazırda müqavilə ilə “Brentford”a məxsusdur. Lakin ötən mövsümü icarə əsasında “topçular”da keçirib.
Müqavilənin məbləği 27 milyon funt-sterlinq olaraq qiymətləndirilir. “Arsenal” bu qədər ödəniş etməklə ona sahib ola bilər.
Qeyd edək ki, David Raya ötən mövsüm Premyer Liqada 32 oyun keçirib, 24 qol buraxıb və 16 matçda qapısını toxunulmaz saxlayıb.
Aut.az
