Dünya futbolu

Erməni futbolçu Rusiyada kamerunlu hakimi döydü – FOTO

Çelyabinskdə Şimal-Qərb Liqasının ikinci mövsümünün “Bajova” və “Katren” komandaları arasında 8×8 matçında insident baş verib.

Aut.az xəbər verir ki, qarşılaşmada hakim döyülüb. Oyunu idarə edən Kamerundan olan hakim Maksim Corc “Bajova”nın erməni əsilli futbolçusu Telman Snjoyan  tərəfindən döyülüb. Telman hakimə bir neçə zərbə endirib.

Liqanın təşkilatçılarından biri Sergey Leonçenkonun sözlərinə görə, bu gün nizam-intizam komitəsinin iclası keçiriləcək və çox güman ki, Snjoyan yarışdan kənarlaşdırılacaq.

Erməni futbolçu Rusiyada kamerunlu hakimi döydü – FOTO