Dünya futbolu

Zidanın oğlu karyerası ilə bağlı bu qərarı verdi

Zinəddin Zidanın dörd oğlundan ən böyüyü Enzo 29 yaşında futbolçu karyerasını başa vurub.

Aut.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.

Enzo Zidanın son klubu “Fuenlabrada” olub. Yarımmüdafiəçi burada 29 oyun keçirib və 2023-cü ildə ayrılıb. Klub tapa bilməyən Enzo çəkmələrini asmaq qərarına gəlib.

O, karyerası ərzində 203 oyun keçirib, 13 qol vurub və 24 məhsuldar ötürmə edib. “Real”ın əvəzedici komandasında çıxış edib. Əsas komandada 1 oyun keçirib, həmin oyunda qol da vurub. O, həmçinin “Alaves”, “Lozanna”, “Rayo Majadahonda”, “Aves”, “Almeriya” və “Rodez” klublarında da çıxış edib.

Aut.az