Əfsanə Usikə şans vermədi: Mənim qəddar yumruqlarım var
Əfsanəvi britaniyalı boksçu Lennoks Lyuis maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, məğlubiyyətsiz irəliləyən ukraynalı Aleksandr Usık ilə döyüşünün baş tutacağı halda necə nəticələnəcəyini danışıb:
“Usik mənə Evander Holifildi xatırladır. Düşünmürəm ki, Aleksandr mənə qarşı durmazdı. Çünki mənim yumruqlarım qəddardır. Usık belə zərbələr üçün darıxır. Bu, mənim qələbəmin açarı olardı”.
Qeyd edək ki, Dekabrın 21-də Aleksandr Usik ağır çəkidə WBA, WBC və WBO üzrə dünya çempionu uğrunda britaniyalı Tayson Fyuri ilə revanş döyüşü keçirəcək.
Aut.az
