Dünya futbolu

Klub azarkeşlər ilə mübahisə edən qapıçını cəzalandırdı

Argentinanın “Boka Xuniors” klubu qapıçısı Serxio Romero cəzalandırılıb.

Aut.az xəbər verir ki, o, “River Pleyt”ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra komandanın azarkeşləri ilə qarşıdurmaya getdiyinə görə, 2 oyunluq heyətdən uzaqlaşdırlıb.

“Mançester Yunayted”in keçmiş oyunçusu final fitindən sonra qapıçının çıxışından məyus olduqlarını bildirən “Boka” azarkeşlərinin yanından uzaqlaşdırılmalı olub.

Klub həmçinin qeyd edib ki, qapıçı ilə qalmaqalın mərkəzində olan 3 azarkeşi müəyyən edib. Onlar da sanksiyalarla üzləşirlər.